Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Azərbaycan-Ruminiya münasibətləri yeni müstəvidə

0

  •       Azərbaycan –Ruminiya münasibətləri tarixi köklərə dayanır. Tarixin müxtəlif pillələrində bu münasibətlər özünü daha qabarıq şəkildə göstərib. Azərbaycan – Rumıniya münasibətlərinin əsası XV əsrdə qoyulub. Bu əlaqələr1473- cü ildə Ağqoyunlu hökmdarı Uzun Həsən və Moldov knyazı Böyük Stefan arasında imzalanan əməkdaşlıq haqqında müqavilə ilə başlayıb. Bu əlaqələr Səfəvilər dövründə də davam etdirilib.Rumıniya 1991- ci ildə Azərbaycanın müstəqilliyini tanıyan ilk Avropa dövlətlərindən biri olmuşdur. Bundan əlavə, 1995- ci ilin iyulunda Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev Rumıniya Prezidenti İon İliyeskunun dəvəti ilə Rumıniyaya rəsmi səfər edib. Ulu Öndər Heydər Əliyev İon İliyeskunun bu dəvətini iki ölkə arasında dostluq münasibətlərinin daha da inkişaf etdirilməsi üçün mühüm addım kimi qiymətləndirib. 1996- cı ilin martında Rumıniya Prezidenti İon İliyesku Azərbaycana rəsmi səfərə gəlib. Rumıniya Prezidentinin səfəri müddətində iki ölkə arasında bir sıra müqavilə və sazişlər imzalanmışdır.       2023-cü il fevralın 3-də Ruminiya Prezidenti Azərbaycana rəsmi səfər edib. Azərbaycan dünyanın əsas aparıcı neft tərəfdaşı olmaqla bu istiqamətdə Ruminiya dövləti ilə də münasibətlərini davam etdirir. Azərbaycan Respublikası Cənubi Qafqaz regionunda Rumıniyanın 2009- cu ildə ikitərəfli münasibətlərini Strateji Tərəfdaşlıq səviyyəsinə qaldırdığı ilk dövlətdir və hər iki dövlət açıqlıq və onun dərinləşdirilməsində maraqlı olduğunu təstiqləyir, həmçinin, regional təsirə malik strateji layihələri inkişaf etdirir.Rumıniya Prezidenti Klaus İohannis 2023- cü il yanvarın 1- dən Azərbaycanın Rumıniyaya əlavə qaz ixracına başladığı üçün təşəkkür edib.Görüşdə dövlət başçıları iki milli şirkət – Romgaz və Socarın 2023-cü il aprelin 1-dən 2024- cü il aprelin 1- dək yeni müqavilə imzalayacaqlarını bildiriblər. Bu o deməkdir ki, lazım gəlsə Rumıniya Xəzərdəki mənbələrdən – Qazdan istifadə edə biləcək.       Ölkəmizin başçısı ticarətimizin ən böyük hissəsinin neft olduğunu və onun həcmini şaxələndirməli olduğumuzu qeyd edib.Əlavə olaraq İlham Əliyev Rumıniya vasitəsilə digər Avropa bazarlarına da müraciət edəcəyimizi və bu imkanlardan qaz ixracı üçün istifadə edəcəyimizi bildirib.Rumıniya saytlarından birində qeyd olunub ki, növbəti illərdə Rumıniya da inqilabi layihə vasitəsilə Xəzər dənizindən elektrik enerjisi almağa ümid edir.Mülayim Rüstəmova,Xocalı rayon sakini
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməÜmumi
    KateqoriyaSiyasət
    Yerləşdirdi
    Yerləşdirildi1 il öncə
    İzlənib51 dəfə
    Azərbaycan Ruminiya münasibətləri yeni müstəvidə

    Maraqlı gələ bilər
    42
    77
    46
    68
    61
    58
    62